Dünya

Messinin “Barsa”ya qayıdacağı təqdirdə alacağı simvolik məbləğ açıqlandı

Sharing is caring!


Lionel Messi qayıtmağa razı olarsa, “Barselona” ona ildə 10 milyon avro təklif edə bilər. Bu, kataloniyalıların ödəyə biləcəyi maksimumdur.

Bununla belə, argentinalı maaşdan əlavə, sponsorluq müqavilələrinin bir hissəsini, eləcə də ev matçlarına biletlərin və adının olduğu köynəklərin satışından gələn pulu ala bilər. Beləliklə, onun maaşı Fransanın PSJ klubunda aldığı maaşa yaxınlaşacaq. PSJ-də Messinin ümumi qazancı (Vergi xərcləri də daxil) 40,5 milyon avrodur.

Messinin parislilərlə müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb.

Bundan əvvəl klub rəhbərliyi Messinin “Barsa”ya qayıtması üzərində çalışdıqlarını bildirmişdi. Baş məşqçi Xavi Ernandes də argentinalının yenidən komandanın bir üzvü olmasını istəyir.

Mənbə: UA Futbol

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir