Dünya

“Şouşenkdən qaçış” filmindəki İncil hərracda satılıb – FOTO

Sharing is caring!

Frank Darabontun “Şouşenkdən qaçış” filminin çəkilişlərində istifadə olunan İncil Londonda “Propstore” hərracında satılıb.

Kitab yeni sahibinə 387 500 funt-sterlinqə (440 000 dollar) başa gəlib.

Filmin qəhrəmanı kitabın içərisində daş çəkic gizlədib. Bu alətlə personaj həbsxanadan qaçmaq üçün özünə yol açıb.

Məlumata görə, çəkiliş zamanı yalnız bir İncil nüsxəsi istifadə olunub. Belə ki, çəkicin konturunun kəsilməsi prosesi dəqiqlik və böyük əmək tələb edib.

Qeyd edək ki, “Şouşenkdən qaçış” filminin premyerası 1994-cü ildə baş tutub.

Mənbə: snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir