Dünya

Blinken Rusiyada qalan amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb

Sharing is caring!


ABŞ Dövlət katibi Antoni Blinken Rusiya Federasiyasında qalan amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb.

Bu bəyanat “The Wall Street Journal” qəzetinin jurnalistinin həbsi fonunda verilib.

“Rusiyada yaşayan və ya Rusiyaya səfər edən ABŞ vətəndaşları ölkəni dərhal tərk etməlidirlər”, – Blinken bildirib.

Onun yazılı bəyanatı Dövlət Departamentinin saytında dərc olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir