Dünya

Vyanada fəvvarələr yaşıl rəngə boyandı – FOTO

Sharing is caring!


“Extinction Rebellion” ekohərəkətinin üzvləri Vyanada etiraz aksiyası keçirib.

Onlar şəhərin altı fəvvarəsini yaşıl rəngə boyayıblar.

Hazırda səlahiyyətli orqanların qərarı ilə bəzi fəvvarələrdə su axını dayandırılıb.

Bu barədə Avstriyanın “Wiener Zeitung” nəşri məlumat yayıb.

Bildirilib ki, ekohərəkət üzvləri qazla bağlı konfransın “Vienna Marriott” otelində keçirilməsindən hiddətləniblər. Belə tədbirlərin keçirilməsinə etiraz olaraq fəallar şəhərin altı fəvvarəsini yaşıl rəngə boyayıblar.

Aksiya iştirakçıları həmçinin “Yaşıl qaz – çirkli yalandır” qraffiti mesajını veriblər və bu yanacaq növünün ekoloji cəhətdən təmiz olmadığına işarə ediblər.

Buna baxmayaraq enerji məsələləri üzrə ekspert Qrinpis Jasmin Dyureqqer bəyan edib ki, qazın hidrogenlə əvəz edilməsi mümkünsüzdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir