Dünya

Rusiyada idman kompleksinin qapısına təhdid məktubu qoyuldu: “Bu yer indicə partlayacaq…”

Sharing is caring!


Rusiyanın Krasnoyarsk vilayətində idman kompleksinin qapısına qoyulan qəribə məzmunlu məktub təşviş yaradıb.

Məktubda Kesha adlı əcnəbi müğənninin “Blow” (“Zərbə”) mahnısının mətni yazılıb. Mətndə isə “Bu yer indicə partlayacaq” ifadələri işlədilib.

Mahnının bu sözləri yerli sakinləri qorxudub və idman kompleksində olan şəxslər dərhal təxliyə olunublar.

Məlumata görə, içində mahnının sözləri və tərcüməsi olan məktubu mühafizəçilər tapıblar.

“İşığı söndürməyin tam vaxtıdır… Bu gecə biz hakimiyyəti ələ keçirəcəyik. Heç kim buradan çıxa bilməyəcək. Bu yer indicə… Partlayacaq!” – deyə vərəqədə yazılıb.

Təhlükəsizlik işçiləri dəhşətə gələrək polis çağırıblar. Bütün uşaqlar və məşqçilər binadan çıxarılıblar, obyektə baxış keçirilib, lakin heç bir bomba tapılmayıb.

Sonradan məlum olub ki, qəribə kağız parçasını gənc idmançı qızlardan birinin atası qoyub. O bildirib ki, yeddinci sinifdə oxuyan qızı bunu ondan xahiş edib, lakin səbəbini açıqlamayıb. Hazırda polis ata və qızı ilə iş aparır.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir