Dünya

Estoniya millisinin baş məşqçisi: “Azərbaycana qarşı oynamaq daha asan olacaq”

Sharing is caring!


Estoniya millisinin baş məşqçisi Tomas Heberli AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı səfər oyunundan sonra fikirlərini bildirib.

Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirəcəkləri növbəti matçda oynamağın daha asan olacağını deyib:

“Çox güclü komandalara qarşı mübarizə apara bilərik. Cəsarətli oynadıq və risk etdik. Azərbaycan millisinə qarşı keçirəcəyimiz növbəti matçda futbol oynamaq, bəlkə də, bir az asan olacaq. Həmin matçda topa daha çox sahib ola biləcəyik. Azərbaycanla oyun fərqli olacaq”.

Seçmə mərhələnin III turunda keçiriləcək Azərbaycan-Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq.

Mənbə: soccernet.ee

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir