Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin sayı 1296 nəfərə yüksəlib.
XəbərAl.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Qocanın məlumatına əsasən, koronavirusa yoluxanların sayı 61 min 49-a çatıb. Sağalanların sayı isə 3957 olub.