Dünya

Trampın məhkəməsi öncəsi bomba təhlükəsi

Sharing is caring!


Nyu-Yorkun baş prokuroru Letisia Ceymsin ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı qaldırdığı iddia üzrə dinləmədən bir qədər əvvəl Manhetten məhkəməsində (Lower Manhattan) bomba təhlükəsi xəbəri yayılıb.

Polis əməkdaşları binanı müvəqqəti bağlayıb və axtarış aparıblar. Məlumatın yalan olduğu təsdiqlənib.

Məhkəmə qarşısına Donald Trampın tərəfdarlarının da toplaşdığı qeyd olunur. Hüquq-mühafizə orqanları qarşıdurma zamanı yüksək hazırlıq vəziyyətinə gətiriliblər.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir