Dünya

“Konyaspor” Mahir Emreliyə görə cərimə ödəyəcək

Sharing is caring!


Türkiyənin “Konyaspor” klubu 6 futbolçusuna görə cərimə ödəyəcək.

Oxu.Az xəbər verir ki, buna həmin oyunçuların Super Liqanın XXVI turunda “Qalatasaray”a oyunda (2:1) sarı vərəqə almaları səbəb olub.

Komandanın bir köməkçi məşqçisi də etiraza görə qırmızı vərəqə aldığından klub cərimə ödəməli olacaq. “Konyaspor”, həmçinin, qarşılaşma zamanı meydançada yaşanan qalmaqal səbəbindən də cəzalandırılacaq.

“Qalatasaray”la matçda sarı vərəqə alanlardan biri Azərbaycan millisinin üzvü Mahir Emrelidir. 79 dəqiqə meydanda olan hücumçu 15-ci dəqiqədə xəbərdarlıqla üzləşib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir