Dünya

İran PUA-sı Əfqanıstan ərazisində yerə düşüb – VİDEO

Sharing is caring!


İran istehsalı olan “Mohajer-6” hücum pilotsuz uçuş təyyarəsi Əfqanıstanın Zabul vilayətində yerə düşüb.

Yerli sakinlər sıradan çıxaraq qəzaya uğramış PUA-nın görüntülərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Hələlik nə Tehran tərəfi, nə də Kabil hadisəyə rəsmi münasibət bildirməyib.

Hərbi ekspertlər insidentin iki qonşu ölkə arasında gərginliyə səbəb olacağını istisna etmirlər.

Mənbə: “Sputnik” Əfqanıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir