Dünya

Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi

Sharing is caring!


Yaponiya raket buraxılışlarını artırdığı üçün Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

Bu barədə ölkənin Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno mətbuat konfransında jurnalistlərə bildirib.

Matsuno Şimali Koreyanın raket fəaliyyətinin regionda sabitlik və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. O bildirib ki, Yaponiya Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün Cənubi Koreya və ABŞ ilə sıx əməkdaşlığa davam edəcək.

Qeyd edək ki, Yaponiya Şimali Koreyaya qarşı ilk dəfə birtərəfli sanksiyaları 2006-cı ildə Pxenyanın nüvə sınağı keçirməsindən sonra tətbiq edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir