Dünya

Braziliyalı jurnalistlər Qarabağa səfər edərək xüsusi reportaj hazırlayıblar

Sharing is caring!


Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn braziliyalı jurnalistlər, həmçinin Qarabağa səfər edərək, 30 ilə yaxın işğal altında qalan və rəşadətli Ordumuz tərəfindən 44 gündə işğaldan azad olunan ərazilərimizdəki vəziyyətlə tanış olub və xüsusi reportaj hazırlayıblar.

Bu barədə Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, braziliyalı jurnalistlər Ağdam rayonu və oradakı “İmarət” tarixi kompleksi, Şuşa və Füzuli şəhərlərində çəkilişlər aparıb, ermənilər tərəfindən törədilən urbisid və ekosidin, törədilən vəhşiliklərin əyani şahidi olmuşlar. Hazırlanmış reportajda bunlar barədə Braziliya tamaşaçılarına bəhs edilib.

Onların reportajında diqqətə çatdırılıb ki, ərazilərimiz işğaldan azad edildikdən sonra ilk qarşılaşdığımız problem minalarla bağlı olub.

Bu reportaj vasitəsilə Braziliya ictimaiyyətinə Ağdam rayonunun tarixi-memarlıq tikililərindən biri – Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının erməni vandalizminin qurbanı olması faktı da çatdırılıb.

“Braziliya TV”nin əməkdaşları Cümə məscidini, Şəhidlər xiyabanını və Ağdam Dram Teatrını da ziyarət ediblər. Urbisidə baxmayaraq, Ağdamda sürətlə tikinti və bərpa işlərinin aparıldığı qeyd edilib.

14.03.2023-cü il tarixində sözügedən videoreportaj 212 milyon əhalisi olan Braziliyanın “Braziliya TV” dövlət kanalında xəbərlər proqramı çərçivəsində yayımlanıb və növbəti günlərdə təkrarən efirə veriləcək.

Reportaja keçid üçün bu linkə daxil ola bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir