Dünya

ABŞ Rusiyanı Amerika silahlarını İrana ötürməkdə ittiham etdi

Sharing is caring!

Rusiya Ukraynada müharibə zamanı ələ keçirilən Amerika silahlarını İrana təhvil verməyə başlayıb.

Bu barədə Amerikanın CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın ABŞ və NATO-dakı kəşfiyyat mənbələri bildirib ki, Rusiya hərbçiləri Ukrayna ordusu tərəfindən döyüş meydanında məcburi tərk edilmiş “Stinger” zenit raket kompleksi və “Javelin” tank əleyhinə raket kompleksinin nümunələrini əldə edə biliblər.  

Ehtimal olunur ki, Moskva ələ keçirdiyi silahları sonrakı demontaj və tədqiqatlar üçün Tehrana verə bilər.

CNN qeyd edib ki, İran artıq Qərb nümunələri əsasında öz silahlarını hazırlamaqda zəngin təcrübəyə malikdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir