Dünya

A Seriyası: “İnter”dən gözlənilməz məğlubiyyət – VİDEO

Sharing is caring!

İtaliya A Seriyasında XXVI tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə bir oyun keçirilib. Açılış matçında “İnter” “Spetsiya”nın qonağı olub. Görüş “nerazzuri”nin məğlubiyyəti ilə başa çatıb – 1:2.

Matçda hesablı 55-ci dəqiqədə Daniel Maldini ilə “Spetsiya” açıb. 83-cü dəqiqədə Romelu Lukaku hesabı bərabərləşdirsə də, 4 dəqiqə sonra Mbala Nzola meydan sahiblərinin qələbə qolunu vurub.

Bu məğlubiyyətdən sonra “İnter” 50 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. Simone İnzaginin komandası lider “Napoli”dən 15 xal geri qalır. Xalını 24-ə çatdıran “Spetsiya” isə 18-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir