Dünya

ABŞ və İsrail İranın nüvə silahlarına qarşı tədbirləri gücləndirmək barədə razılığa gəldilər

Sharing is caring!

ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Bu barədə Ağ Evin yaydığı iki ölkənin birgə bəyanatında deyilir.

“Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla nəzərdən keçirdilər və İsrail ilə ABŞ arasında çoxillik təhlükəsizlik tərəfdaşlığının daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsdiq etdilər”, – deyə məlumatda bildirilir.

ABŞ Silahlı Qüvvələri ilə İsrail Müdafiə Qüvvələri arasında keçirilən son birgə təlimlərin nəticələri də müzakirə olunub. Görüş zamanı hər iki tərəf “İsrailin təhlükəsizliyini və Yaxın Şərq regionuna siyasi inteqrasiyasını daha da dərinləşdirmək üçün səylərini” nəzərdən keçirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir