Dünya

Zəlzələnin dəhşətsaçan ilk anları yanğınsöndürənlərin ratsiyasında: Yeni görüntülər yayıldı – VİDEO

Sharing is caring!

Türkiyənin Malatya şəhərində baş verən dəhşətli zəlzələnin ilk anları yanğınsöndürmə maşınının ratsiyasına əks olunub.  

Fevralın 6-da Kahramanmaraşın Pazarcık bölgəsində 7,7 bal gücündə zəlzələ zamanı Battalqazi və Yeşilyurt rayonlarında binaların dağılması Malatya Böyükşəhər Bələdiyyəsi yanğınsöndürənlərinin ratsiya ilə danışıqlarında əksini tapıb.

Zəlzələ zamanı iş başında olan yanğınsöndürmə qruplarının şəhərdəki dağıntılar barədə yanğınsöndürmə mərkəzinə verdiyi məlumatların videogörüntüləri paylaşılıb. Videolarda  axtarış-xilasetmə və sağlamlıq qruplarının dağıntı bölgələrinə göndərilməsi üçün göstərilən səylər və ətrafdakı vətəndaşların yaşadığı təşviş anları da yer alıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir