Dünya

Pakistanda polis avtomobilinə hücum: Doqquz hüquq-mühafizə əməkdaşı həlak oldu

Sharing is caring!

Pakistanın Bəlucistan əyalətində polis maşınına hücum nəticəsində doqquz polis məmuru həyatını itirib, 11-i yaralanıb.

Kaççi və Sibi bölgələrinin sərhədində olan körpüdə polis maşınına hücum həyata keçirilib.

Hələlik heç kim hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Son aylar Pakistanda terror hücumları artıb.

İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən “Pakistan Talibanı” tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

Mənbə: Dawn

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir