Dünya

Şahzadə Harri və Meqan Markl III Çarlzın tacqoyma mərasiminə dəvət alıblar

Sharing is caring!

Şahzadə Harri və Meqan Markl Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə dəvət olunublar. Lakin onların bu dəvəti qəbul edib-etməmələri hələ ki məlum deyil.

Bu barədə ictimaiyyətə cütlüyün nümayəndəsi məlumat verib. O, bildirib ki, qərar tezliklə açıqlanacaq.

“Təsdiq edə bilərəm ki, hersoq bu yaxınlarda Əlahəzrətin ofisindən tacqoyma mərasimi ilə bağlı elektron məktub alıb. Hersoq və hersoginiyanın mərasimi ziyarət edib-etməyəcəyi ilə bağlı qərar bizim tərəfimizdən açıqlanacaq”, deyə Sasseks hersoqlarının sözçüsü bəyan edib.

Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-da Şahzadə Harri və Meqan Marklın ilk övladı Arçi Harrisonun doğum günündə baş tutacaq.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir