Dünya

Estoniyada parlament seçkiləri keçirilir

Sharing is caring!

Bazar günü Estoniyada 15-ci Riyqikoquya (parlament) seçkilər keçirilir. Respublika Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 09:00-dan (Bakı vaxtı ilə 11:00) və saat 20:00-dək (Bakı vaxtı ilə 22:00) fəaliyyət göstərəcək.

Birpalatalı qanunverici orqanda 101 yer üçün 968 namizəd var. Qeydə alınmış partiyalardan vətəndaşların doqquz siyasi birliyi öz namizədlərini irəli sürüb. Riyqikoqu üçün mübarizə aparanlar arasında 10 müstəqil namizəd də var, baxmayaraq ki, indiyədək belə bir namizəd parlamentə düşə bilməyib.

Ekspertlər və ictimai rəy sorğularının nəticələrinə görə, lider hakimiyyətdə olan İslahatlar Partiyasıdır. Bundan əvvəlki parlament seçkilərində islahatçılar 34 mandat əldə etmişdilər. Müxtəlif sosioloji şirkətlər tərəfindən aparılan rəy sorğularına əsasən, partiya parlamentin növbəti tərkibində 33-dən 36-ya qədər yer alacaq.

Qeyd edək ki, Estoniyada parlament seçkilərində 18 yaşına çatmış 900 minə yaxın ölkə vətəndaşı iştirak edə bilər. 80 mindən çox qondarma boz pasport sahibi – vətəndaşlığı olmayan Estoniya sakinlərinin 6%-dən çoxu səsvermə hüququndan məhrum edilib. Bunlar əsasən rusdilli əhalinin nümayəndələridir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir