Dünya

Rusiyada binanın pəncərəsindən yıxılan 4 yaşlı uşaq sağ qaldı – VİDEO

Sharing is caring!

Novqorod vilayətinin Çudovo şəhərində uşaq hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılıb.

Hadisə martın 3-də günorta saatlarında Nekrasov küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Baxımsız qalan dörd yaşlı uşaq dördüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Prokurorluğun yaydığı videogörüntülərdə uşağın yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın çardağına düşməsi əks olunub.

Azyaşlı xəstəxanaya aparılıb, həkimlər ona müxtəlif dərəcəli sınıq diaqnozu qoyublar.

Məlumdur ki, uşağı ata böyüdür, oğlanın anası valideynlik hüququndan məhrumdur.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir