Dünya

İraqda türk dilindən istifadə qanuniləşir – FOTO

Sharing is caring!

İraqın türkmənlərin kompakt yaşadıqları Kərkük əyalətində türk dilinin istifadəsi qanuniləşir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İraqın baş naziri Məhəmməd Şiya Əlsudaninin imzaladığı qərara əsasən, Kərkük əyalətində rəsmi yazışmalar və dövlət idarələrində türk dilinin istifadəsinə icazə verilir.

Qeyd edək ki, bundan öncə türkmənlərin kompakt yaşadıqları tarixi torpaqlarında rəsmi olaraq yalnız ərəb və kürd dillərindən istifadəyə icazə verilirdi. Türkmənlərin sərt etirazlarından və geniş narazılıqlardan sonra türk dilinin istifadəsi barədə rəsmi qərar qəbul edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir