Dünya

Ukraynanı xarabazara çevirən raketin yeni gücü sınaqdan keçirildi – VİDEO

Sharing is caring!

Rusiyanın “Petropavlovsk-Kamçatsk” dizel-elektrik sualtı qayığı döyüş hazırlığı çərçivəsində Yapon dənizindən “Kalibr” qanadlı raketini buraxıb.

Bu barədə RF Sakit Okean Donanmasının informasiya təminatı departamentindən məlumat verilib.

Atış sualtı mövqedən həyata keçirilib. Raket min kilometrdən çox məsafə qət edib və Xabarovsk diyarındakı Surkum taktiki meydançasında hədəfi uğurla vurub.

Qeyd edək ki, müharibədə Ukraynanın bütün əraziləri Rusiyanın Qara Dəniz Donanmasından atılan “Kalibr” raketlərinin hədəfi olub.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir