Dünya

Yaponiyada mənşəyi məlum olmayan ikinci kürə tapıldı – FOTO

Sharing is caring!

Yaponiyanın Kaqosima prefekturasında yerləşən Tokunosima adasında diametri təxminən 1,5 metr olan daha bir kürə aşkar edilib.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tapıntıya baxış keçirib və kürənin içinin boş olduğunu, həmçinin partlayış təhlükəsinin olmadığını təsdiqləyiblər.

Bildirilir ki, kürə adanın sahil zolağında yerləşən mağarada aşkarlanıb. Hadisə şahidlərinin sözlərinə görə, kürənin səthi pasla örtülmüş olub. Ona vurduqda isə içiboş metal obyektdən çıxan səsə bənzər səs çıxıb.

Eyni zamanda tapılan kürənin mərkəzində lehimləmə xəttini və bir tərəfində qövs döngəsini görmək mümkündür. Mütəxəssislər əlavə ediblər ki, kürə keçən ay Şizuoka prefekturasında tapılan kürə ilə oxşarlıq təşkil edə bilər.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir