Dünya

Yunanıstanda qatar qəzasında ölənlərin sayı artdı

Sharing is caring!

Yunanıstanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb.

Yanğınsöndürmə briqadasının son məlumatlarına görə, indiyədək 57 nəfərin öldüyü təsdiqlənib.

Daha 56 nəfər itkin düşmüş hesab olunur.

Ölənlərin sayının daha da artacağı istisna olunmur.

Xatırladaq ki, qəza martın 1-də Yunanıstanın Tempi bölgəsində baş verib. Sərnişin qatarı yüksək sürətlə yaxınlaşan yük qatarına çırpılıb. Nəticədə bir neçə vaqon relsdən çıxaraq alovlanıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir