Dünya

Lukaşenko: “Belarus heç vaxt kiminləsə dost olmağı və ya kiməsə qarşı olmağı qarşısına məqsəd qoymayıb”

Sharing is caring!

“Belarus və Çin heç vaxt kiminləsə dost olmaq və ya kiməsə qarşı fəaliyyət göstərmək niyyətində olmayıb”.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Kesyan ilə görüşündə deyib.

“Biz heç vaxt kiminləsə dost olmağı və ya kiməsə qarşı fəaliyyət göstərməyi qarşımıza məqsəd qoymamışıq”, – deyə Belarus lideri qeyd edib.

Onun sözlərinə görə, iki ölkə hakimiyyəti öz xalqlarının maraqları naminə hər şeyi edir və bundan sonra da belə olacaq.

Qeyd edək ki Lukaşenko fevralın 28-də Çinə rəsmi səfər edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir