Dünya

Adıyamanda qırılma xətti havadan görüntüləndi – VİDEO

Sharing is caring!

Türkiyənin Adıyaman şəhərində zəlzələdən sonra dağların arasından keçən qırılma xətti havadan görüntülənib.

Kahramanmaraşın Pazarcık rayonunda 7,7, Elbistan rayonunda isə 7,6 bal gücündə iki güclü zəlzələ zamanı Adıyaman ən çox dağılan yerlərdən biri olub.

Adıyamanın Gölbaşı rayonunda dağlar arasında əmələ gələn qırılma xətti metrlərlə uzanır.

Ozan məhəlləsinə gedən yol qırılma səbəbindən yararsız hala düşüb.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir