Dünya

Daşkənddəki Böyük Dəbilqəyə qatılacaq Azərbaycan cüdoçuları bəlli oldu

Sharing is caring!

Martın 3-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında verilən məlumata görə, üç gün davam edəcək yarışda milli komandanın 6 üzvü 3 çəki dərəcəsi üzrə qüvvəsini sınayacaq.

Yarışda Rövşən Əliyev və Əhməd Yusifov 60 kq, Kamran Süleymanovla Ruslan Paşayev 66 kq, Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev isə 73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, Böyük Dəbilqədə 53 ölkədən 382 idmançı medallar uğrunda yarışacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir