Dünya

Artvində növbəti torpaq sürüşməsi baş verdi – VİDEO

Sharing is caring!

Türkiyənin Artvin şəhərində son bir həftədir hər gün yeni sürüşmə hadisəsi baş verir.

Artvin-Ərzurum avtomobil yolunda daş düşməsi və sürüşmə hadisələrindən sonra bu gün Artvində növbəti torpaq sürüşməsi baş verib.

Son olaraq şəhər mərkəzinə yaxın olan Sanayi rayonunda sürüşmə nəticəsində yamacdan qopan torpaq və qaya parçaları dərə yatağına düşüb.

Həmin anları mobil telefonları ilə videoya çəkən vətəndaşlar Kahramanmaraş zəlzələlərindən sonra sürüşmə hadisələrinin artmasını anlaya bilmədiklərini bildiriblər.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir