Dünya

Ekspert: “Azərbaycan və İƏT əsas regional məsələləri birgə həll edə bilər”

Sharing is caring!

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan və Azərbaycan ilə vizasız rejimə keçən ölkələrin sayı getdikcə artır, bu isə şübhəsiz ki, onlar arasında əməkdaşlığın daha da genişləndirilməsi və bir çox əsas regional məsələlərin həlli üçün yaxşı imkanlar yaradır”.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi, risklərin qiymətləndirilməsi və konsaltinq üzrə ixtisaslaşmış “The International Interest” şirkətinin icraçı direktoru Sami Hamdi deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra müsəlman dünyasının Azərbaycan haqqında daha çox məlumat əldə etməsi ölkəyə səfər etmək istəyən turistlərin sayının artmasına səbəb olub.

Ekspert vurğulayıb ki, bu, İƏT kimi beynəlxalq platformalarda bir sıra imkanlar açır.

“Buraya mədəni və tarixi irsə, turizm infrastrukturuna, standartların uyğunlaşdırılmasına əlverişli investisiyaların yatırılması daxildir”, – deyə o bildirib.

“Azərbaycanın siyasi arenada getdikcə artan nüfuzu əsas regional məsələlərdə rəsmi Bakıya güclü siyasi dəstəyin verilməsinə səbəb ola, bu isə bölgədə silinməz iz qoya bilər”, – deyə Sami Həmdi fikrini tamamlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir