Dünya

Polşa Prezidenti: “Dünya Rusiyanı imperiya ambisiyalarından əl çəkməyə məcbur etməlidir”

Sharing is caring!

Azad dünya Rusiyanı imperiya ambisiyalarını geridə qoymağa məcbur etməlidir.

Bunu Polşa Prezidenti Anjey Duda deyib.

“Rusiya dünyanın bir çox ölkəsində sabitliyi pozur. Bu, Rusiyanın öz imperiya ambisiyalarını bərpa etdiyini göstərir. Azad dünya Rusiyanı bu iddialardan əl çəkməyə məcbur etməlidir”, – dövlət başçısı bəyan edib.

O qeyd edib ki, bu, Polşanın mövqeyidir və ona görə də ölkəsi Ukraynanı dəstəkləyir.

Duda Rusiyanın təsir etməyə çalışdığı ölkələri, xüsusilə Gürcüstan, Moldova və Suriyanı sadalayıb.

“Sadə dillə desək, Rusiya bir növ müstəmləkəçilik ambisiyaları olan imperiyadır. O başqa xalqları və başqa ölkələri özünə tabe etmək istəyir. Bundan qazanc əldə etmək istəyir. Bunun ən yaxşı nümunəsi isə bugünkü Ukraynadır”, – prezident əlavə edib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir