Dünya

Moskvada 7 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbkarı saxlanılıb – FOTO

Sharing is caring!

Moskvanın Mejdunarodnaya küçəsindəki yataqxanada mənzili yandırmaqda şübhəli bilinən Yuri X. saxlanılıb. O, dindirilmək üçün paytaxtın istintaq komitəsinə aparılıb.

Məlumata görə, şübhəli şəxs əvvəllər məhkum olunub.

Xatırladaq ki, fevralın 21-də binanın beşinci mərtəbəsindəki mənzillərdən birində güclü yanğın baş verib. Nəticədə ikisi uşaq olmaqla, 7 nəfər ölüb.

Yoxlama zamanı məlum olub ki, alışma mənbəyi tikinti tullantıları olub və şübhəli şəxs, ehtimal ki, qonşu mənzildən olan səkkizuşaqlı ailəni sevmədiyi üçün onları yandırıb. Bəzi sakinlər iddia edir ki, kişi uşaqların çıxardığı səslərdən dəhşətli dərəcədə əsəbləşib.

Fakt üzrə cinayət işi başlanıb.

Mənbə: RenTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir