Dünya

Bu il Nobel Sülh Mükafatına 305 namizəd var

Sharing is caring!

2023-cü il Nobel Sülh Mükafatına 305 namizəd var. Onlardan 212-si fərdi namizədlər, 93-ü isə təşkilatlardır.

Bu barədə çərşənbə günü Norveç Nobel Komitəsi məlumat yayıb.

“305 namizəd ötən ildəki 343 namizədlə müqayisədə xeyli azdır və 2019-cu ildən bəri ən aşağı rəqəmdir. Ardıcıl səkkiz il ərzində Sülh Mükafatı üzrə ərizə verənlərin sayı 300-ü ötüb. Hazırkı rekord 376 namizədlə 2016-cı ildə qeydə alınıb”, – məlumatda deyilir.

Alfred Nobelin vəsiyyətinə əsasən, Sülh Mükafatı xalqların birləşməsində ən böyük uğur qazanmış və ya orduların sayının azaldılmasında, habelə sülh konqreslərinin keçirilməsində daha çox iş görən şəxsə verilir. Sahibkarın son vəsiyyətinə görə, bu mükafat təsis edilən digər mükafatlardan fərqli olaraq Stokholmda deyil, Osloda verilir. Nobel yazıb ki, mükafatın verilməsi ilə bağlı qərarı Norveç parlamentinin təyin etdiyi beş nəfərdən ibarət komitə verməlidir. Ənənəyə görə, komitənin üzvləri əsasən Norveçin təqaüdçü siyasətçiləri və keçmiş partiya liderləridir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir