Dünya

Moldovanın baş naziri: “Rusiya Kişineu hava limanını ələ keçirməyi planlaşdırır”

Sharing is caring!

“Rusiya Kişineu hava limanını ələ keçirməyi və orada öz ordusunu yerləşdirməyi planlaşdırır”.

Bu barədə Moldovanın baş naziri Dorin Reçan məlumat verib.

“Bir neçə destabilizasiya ssenarisi var. Onlara bir neçə element daxildir”, – Moldova hökumət başçısı deyib.

Onun sözlərinə görə, Moldova hakimiyyəti bu cür çağırışlarla üzləşməyə hazırdır. O vurğulayıb ki, hökumətin məqsədi ölkədə əmin-amanlığı və sabitliyi təmin etməkdir.

Xatırladaq ki, Moldovanın yeni baş naziri Dorin Reçan Dnestryanı bölgənin demilitarizasiyası, eləcə də bütün Rusiya hərbçilərinin oradan çıxarılmasına tərəfdardır.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir