Dünya

Məşhur aktyor yeddinci dəfə ata olub

Sharing is caring!

Britaniyalı məşhur aktyor Cud Lou yenidən ata olub. Aktyor və həyat yoldaşı Filippa Koen Londonun Hitrou hava limanında yeni doğulmuş körpələri ilə görüntüləniblər. Cütlüyün 2 yaşlı uşağını müşayiət edən dayəsi də yanlarında olub.

Cud Lou 2019-cu ildə psixoloq Filippa Koenlə evlənib. Cütlüyün 2020-ci ildə uşaqları dünyaya gəlib. Onlar uşağın adını və cinsini açıqlamırlar.

Cud Lou çoxuşaqlı atadır. 1997-2003-cü illərdə aktrisa Seydi Frost ilə evli olub. Onların üç övladı var: oğlu Rafferti (1996), qızı Ayris (2000) və oğlu Rudi (2002).

2008-ci ildə aktyorun model Samanta Burk ilə münasibəti olub. Onların Sofiya adlı qızı var (2009).

Lou 2014-cü ildə müğənni Ketrin Hardinqlə görüşməyə başlayıb. 2015-ci ildə cütlüyün Ada Lou adlı qızı dünyaya gəlib.

Mənbə: The Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir