Dünya

G7 ölkələrinin maliyyə nazirləri Rusiyanın Ukraynaya müdaxiləsinin ildönümündə bir araya gələcəklər

Sharing is caring!

“Fevralın 23-də “Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin görüşü baş tutacaq”.

Bu barədə Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki məlumat verib.

Hindistanın Benqalur şəhərində keçiriləcək görüşə Yaponiya sədrlik edəcək.

Rusiyanın Ukraynaya müdaxiləsindən təxminən bir il sonra keçiriləcək görüş zamanı G7 maliyyə liderləri müharibə səbəbindən Rusiyaya qarşı görüləcək tədbirləri müzakirə etməyi planlaşdırırlar.

G7 və digər ölkələrin Rusiyaya qarşı həyata keçirdiyi bir sıra cəza tədbirlərinə baxmayaraq, müharibə davam edir.

“Əsas müzakirə mövzuları Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalar olacaq. Biz G7 və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcəyik. Rusiyanı geri çəkilməyə (müharibəni dayandırmağa) təşviq etmək kimi yekun məqsədə nail olmaq üçün sanksiyaların təsirini artırmağa çalışacağıq”, – deyə Suzuki mətbuat konfransında bildirib.

Qeyd edək ki, G7 ölkələrinə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ daxildir.

Mənbə: ZN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir