Dünya

Braziliyada leysan yağışı nəticəsində ölənlərin sayı 44-ə yüksəlib

Sharing is caring!

Braziliyanın San-Paulu əyalətinə yağan tropik yağış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Onlardan 7 nəfərin, o cümlədən üç uşağın şəxsiyyəti müəyyən edilib.

Məlumata görə, ötən həftəsonu bölgəyə bir aylıq normadan çox yağıntı düşüb. Ən böyük zərər San Sebastian və Bertioqa bölgələrinə dəyib. Leysan yağışı çoxsaylı daşqınlara və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.

San Paulo əyalətinin eyniadlı paytaxtını sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən əsas magistral yollarda nəqliyyat əlaqələri kəsilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, azı 40 nəfərin taleyi məlum deyil. 2,5 minə yaxın sakin evlərini itirib. Məşhur kurort zonasında olan turistlərin kütləvi təxliyəsi davam edir.

Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir. Yağışların fəsadları ilə mübarizəyə müxtəlif xidmət orqanlarının 500-dən çox əməkdaşı, o cümlədən hərbçilər cəlb olunub.

Hadisə ilə əlaqədar yerli hakimiyyət karnavalın qeyd olunması ilə bağlı bütün əyləncə tədbirlərini ləğv edib, əyalət hökuməti üç günlük matəm elan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir