Dünya

Türkiyədə baş verən yeni zəlzələdən sonra ölənlərin sayı altı nəfərə çatıb

Sharing is caring!

Türkiyənin Hatay vilayətində baş verən təkrar zəlzələ nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Türkiyənin Səhiyyə Nazirliyinin son məlumatına görə, yeni yeraltı təkanlar nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti ağırdır.

Hazırda axtarış-xilasetmə qrupları dağıntıların baş verdiyi ərazilərə cəlb ediliblər.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 ballıq zəlzələ baş verib.

Mənbə: Huriyyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir