Dünya

ATƏT-in Baş katibi: “Türkiyənin yanında olmağa davam edəcəyik” – VİDEO

Sharing is caring!

“Sevdiklərini itirən ailələrə hüznlə başsağlığımı verirəm. Türkiyə və Suriya həqiqətən də çox dəhşətli zəlzələ fəlakəti yaşadı”.

Oxu.Az-ın məlumatına görə, bunu ATƏT-in Baş katibi Helqa Maria Şmid fevralın 20-də Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ATƏT sədri Bujar Osmani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, ATƏT-in Türkiyəyə lazım olan bütün dəstəyi göstərməkdə olduğunu vurğulayıb.

“Münhen Təhlükəsizlik Konfransından gəlirəm. Orada da son dərəcə önəmli dəstək mesajları verildi. Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan və Ermənistan liderləri ilə birlikdə idik. Hamımız bu faciə qarşısında birliyin və dəstəyin vacibliyini vurğuladıq”, – deyən ATƏT-in Baş katibi Türkiyənin yanında olmağa davam edəcəklərini bildirərək sözlərini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir