Dünya

Bayden Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılacağını açıqladı – VİDEO

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden fevralın 20-də Kiyevə elan olunmamış səfəri zamanı Ukraynaya yeni hərbi yardım paketinin ayrılacağını açıqlayıb.

Yardım paketinin ümumi məbləği 500 milyon dollar həcmində qiymətləndirilir. Qeyd olunur ki, Vaşinqton rəsmi olaraq bu barədə fevralın 21-də açıqlama verəcək.

“Bu gün açıqlanan paketə HIMARS və haubitsalar üçün döyüş sursatları, daha çox “Javelin”, tank əleyhinə sistemlər, Ukrayna xalqını bombardmanlardan qorumaq üçün hava müşahidə sistemləri daxildir”, – deyə ABŞ Prezidenti bildirib.

Bundan əlavə, Bayden silah tədarükü ilə bağlı öhdəliklər barədə də məlumat verib.

“Biz Atlantik okeanından Sakit okeana qədər millətlərdən ibarət koalisiya topladıq. Dünyanın ən güclü iqtisadiyyatları Rusiyanın həyati əhəmiyyətli iqtisadi gəlirlərinin qarşısının alınması üçün bir araya gəliblər. Biz birlikdə 700 tank və minlərlə zirehli texnika, min artilleriya sistemi və 2 milyondan çox artilleriya sursatı, 50-dən çox raket sistemi, hava hücumundan müdafiə sistemi yığmışıq”, – deyə Bayden qeyd edib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir