Dünya

Bayden gözlənilmədən Kiyevə səfər edib – YENİLƏNİB + VİDEO

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər edib.

Bu barədə “Bild”in jurnalisti Yulian Repke “Twitter” hesabında paylaşım edib. 

“Bayden Kiyevdədir. Bu, Putin üçün nə qədər güclü işarədir”, – deyə Repke qeyd edib.

Bundan başqa rusiyalı hüquq müdafiəçisi Mark Feyqin də məlumat verib. “Bayden Kiyevdədir”, – deyə vurğulayıb. 

Qeyd edək ki, fevralın 20-dən 22-dək ABŞ Prezidenti Co Baydenin Polşaya səfəri planlaşdırılırdı. Belə ki, fevralın 21-də onun Polşa Prezidenti Anjey Duda ilə görüşü gözlənilir. 

Həmçinin Ukrayna xarici işlər naziri Dmitri Kuleba Brüsselə səfərini ləğv edib. 

Eyni zamanda “Flightradar”a istinadən monitorinq kanalları xəbər verir ki, Polşa və Ukrayna sərhədi boyunca ABŞ-nin strateji kəşfiyyat təyyarələri uçur.

Mənbə: UNİAN

13:52

Ukraynanın paytaxtı Kiyevdə bu səhər şəhərin mərkəzi yolları bağlanılıb.

Həmçinin Şulyavski körpüsündə də avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə yerli “Telegram” kanalları paylaşım ediblər.

Bildirilib ki, hüquq-mühafizə orqanları Kiyevin mərkəzində, xüsusən Lesya Ukrainka bulvarında, Pobeda prospektində, həmçinin Şulyavski körpüsündə nəqliyyatın hərəkətini dayandırıb.

Bundan əlavə Kiyev sakinləri paytaxtdakı ABŞ səfirliyi yaxınlığında hərəkətin məhdudlaşdırıldığını da qeyd edirlər.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, buna səbəb xarici qonaqların Kiyevə səfəridir.

Xatırladaq ki, İtaliyanın Baş naziri Corciya Meloni Rusiyanın işğalının ildönümü ərəfəsində Kiyevə səfər etmək niyyətində olub. İtaliya mətbuatı onun səfərinin fevralın 21-nə planlaşdırıldığını qeyd edib.

Mənbə: “RBC-Ukrayna”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir