Dünya

Rusiyada özəl helikopter təcili eniş etdi: Ölən və yaralanan var

Sharing is caring!

Rusiyanın Kemerovo vilayətinin Kuzbass bölgəsində Mi-8 helikopteri təcili eniş edib.

Göyərtəsində 10 nəfərin olduğu şəxsi Mi-8 helikopteri Topxan dağı yaxınlığında enib. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə operativ xidmət orqanları məlumat verib.

“Özəl Mi-8 helikopteri Mejdureçenski rayonunda Topxan dağı yaxınlığında təcili eniş edib. Təyyarədə on nəfər olub. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb”, – deyə mənbə bildirib.

Mənbə: TASS 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir