Dünya

Almaniyanın xarici işlər naziri kansler olmaq istəyir

Sharing is caring!

Almaniya Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Annalena Berbok ölkə hökumətinin buraxılacağı təqdirdə kansler postuna namizəd olmaq niyyətindədir.

Məlumata görə, Ukrayna böhranı fonunda Bundestaqın buraxılmasına qərar verilərsə, Berbok yeni hökumətə rəhbərlik etməyə hazırdır.

Qeyd edək ki, bir müddət əvvəl nazir Avropa Şurası Parlament Assambleyasının iclasındakı çıxışına görə sərt tənqid olunub. Berbok Aİ ölkələrini günahkarı öz aralarında axtarmamağa, Kiyevi dəstəkləməyə və Rusiya ilə qarşıdurma yaratmaq üçün daha çox səy göstərməyə çağırıb. Onun sözlərindən sonra bəzi siyasətçilər Berboku istefaya dəvət ediblər.

Mənbə: 1prime.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir