Dünya

İstanbulda seysmik risk altında olan məktəblərdə dərslər dayandırıldı

Sharing is caring!

İstanbul Valiliyi regionun 93 məktəbini seysmik baxımından risk altında olduqlarını əsas gətirərək onları bağlamaq barədə qərar verib.

Bu barədə İstanbul Valiliyinin saytında dərc edilmiş bəyanatında deyilir.

İctimaiyyətə təqdim edilən sənəddə həmçinin qeyd olunur ki, 76 məktəbin sökülərək yenidən qurulması və 17 məktəbin müasirləşdirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, son məlumata görə, Türkiyənin 11 vilayətində dağıntılara səbəb olan zəlzələdə ölənlərin sayı 40 642-yə çatıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir