Dünya

“Mançester Siti” büdrədi, “Çelsi” turnirin ən zəif komandasına uduzdu – VİDEO

Sharing is caring!

Bu gün İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Mançester Siti” səfərdə “Nottingham Forest”in qonağı olub.

Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu heç-heçədən sonra “Mançester Siti” vacib 2 xal itirərək 52 xalla 2-ci pilləyə düşüb.

Birinci yerdə 54 xalla “Arsenal” qərarlaşıb. Lakin onu da qeyd edək ki, “Arsenal” rəqibindən bir oyun az keçirib.

“Nottingham Forest” – “Mançester Siti” – 1:1

Qollar: Silva,41(0:1), Vuud, 84(1:1)

 

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən digər qarşılaşmada isə “Çelsi” doğma divarlar arasında çempionatın sonuncu pilləsində olan “Sauthempton”u qəbul edib.

Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bununla da “Çelsi”nin qələbəsizlik seriyası beş matça çatıb.  Hazırda “Zadəganlar” 31 xalla İngiltərə Premyer Liqasının 10-cu sırasında qərarlaşıblar.

“Çelsi” – “Sauthempton” – 0:1

Qollar: Varo Provse 45+1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir