Dünya

Türkiyədə zəlzələdən sonra çay dərəsi daşdı: Evlər, yollar, əkin sahələri su altında qaldı – FOTO

Sharing is caring!

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda zəlzələdən sonra Aşağıoba mahalından keçən Karasu çayında suyun səviyyəsi qalxıb.

Nəticədə bəzi binaların dağıntıları, evlərin zirzəmiləri, yollar və kənd təsərrüfatı sahələri su altında qalıb.

Bölgədəki Hatay Hava Limanına gedən magistral yol seldən təsirlənməyib.

Su basan ərazilər dronla görüntülənib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir