İdman

A Seriyası: “Napoli” cari mövsümdə çempionatda 20-ci qələbəsini qazandı – VİDEO

Sharing is caring!

İtaliya A Seriyasında 23-cü turun açılış matçında lider “Napoli” səfərdə “Sassuolo”nun qonağı olub.

Qarşılaşmaya fəal başlayan qonaqlar 12-ci dəqiqədə K.Kvaratsxeliyanın qolu ilə hesabda önə keçiblər. Qarşılaşmanın 33-cü dəqiqəsində V.Osimen hesab arasında fərqi artırıb.

İkinci hissədə qapılara qol vurulmayıb.

Beləliklə, “Napoli” yerli çempionatdakı cari mövsümdə keçirdiyi 23 oyunda 20-ci qələbəsini qazanıb və liderliyini bir qədər də möhkəmləndirib. Komanda hazırda ən yaxın izləyicisi olan “İnter”i 18 xal qabaqlayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir