Dünya

Slovakiya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıdı

Sharing is caring!

Slovakiya Milli Şurası (parlament) indiki Rusiya hakimiyyətini “terrorçu”, Rusiyanı isə terrorizmi dəstəkləyən dövlət kimi tanıyıb.

Deputatlar müvafiq qərarı cümə axşamı, fevralın 16-da qəbul ediblər.

“Slovakiya Respublikasının Milli Şurası Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsini və onun nəticələrini tanımadığını, eyni zamanda ərazilərin Ukraynanın tərkibində qalmasına tərəfdar olduqlarını bəyan edir”, – sənəddə deyilir.

Deputatlar həmçinin Rusiyanın nüvə silahından istifadə ilə bağlı “birbaşa və dolayı təhdidlərini” pisləyiblər.

Slovakiya parlamenti öz qətnaməsində hüquq-mühafizə orqanlarını, kəşfiyyat orqanlarını və digər səlahiyyətli orqanları Rusiya ilə bağlı təhlükəni düzgün qiymətləndirməyə çağırıb.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir