Dünya

Qırmızı Meydanda buzov gəzdirdiyi üçün Rusiyaya girişi 40 il qadağan olundu

Sharing is caring!

Moskva Polisinin Miqrasiya Xidməti Qırmızı Meydanda buzov gəzdirən ABŞ vətəndaşı Alisiya Dayın 40 il müddətinə Rusiyaya girişinə qadağa qoymaq qərarına gəlib.

“9 avqust 1988-ci il təvəllüdlü ABŞ vətəndaşı Day Alisiyanın 2063-cü il fevralın 13-dək Rusiya Federasiyasına girişinə icazə verilməməsi barədə qərar qəbul edilsin”, – Troitski məhkəməsində elan edilən hökmdə bildirilib.

Amerikalıya münasibətdə lazımi protokol tərtib edilib. O, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (“Xarici vətəndaşın Rusiya Federasiyasına giriş rejimini pozması”) üzrə ittiham olunub. Belə ki, qadın Rusiyada qeydiyyatsız yaşayıb.

Day cümə axşamı jurnalistlərə bildirib ki, o, Rusiyanı tərk etmək qərarına gəlib.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir