Dünya

Futbolçu kimi böyük uğurlar qazandığı kluba baş məşqçi kimi qayıtdı

Sharing is caring!

Futbol üzrə İspaniya milli komandasının sabiq üzvü Ruben Baraxa “Valensiya” klubunun yeni baş məşqçisi təyin olunub.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.

Baraxa bu postda italiyalı həmkarı Cennaro Qattuzonu əvəz edib.

Ruben Baraxanın son iş yeri “Saraqosa” olub.

47 yaşlı R.Baraxa həmçinin “Elçe”, “Rayo Valyekano” kimi digər İspaniya klublarına rəhbərlik edib.

Qeyd edək ki, Ruben Baraxa karyerasında futbolçu kimi ən böyük uğurlarını məhz “Valensiya”da əldə edib.

O “Valensiya”nın heyətində İspaniya çempionatının qızıl medalını boynundan asıb, İspaniya kubokunun qalibi olub, UEFA Kubokunu və UEFA Superkubokunu əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir