Dünya

ABŞ-də universitetdə silahlı toqquşma olub: Üç nəfər həlak olub – VİDEO

Sharing is caring!

ABŞ-də, Miçiqan Dövlət Universitetinin ərazisində baş verən atışma nəticəsində azı üç nəfər ölüb, daha beş nəfər yaralanıb.

Bu barədə universitetin təhlükəsizlik xidməti rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Hələlik silahlı insidentin hansı səbəbdən meydana çıxdığı məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili tibbi yardım xidmətinin briqadaları gəlib.

Miçiqan Dövlət Universitetində dərsələr qeyr-müəyyən müddətə qədər dayandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir